Hyundai

Hyundai

“Hyundai Azerbaijan” idxalına başladığı dönəmdən bugünə qədər şirkət 50.000-dən artıq şəxsə "Hyundai" model sırasına aid avtomobillər satmaqla yanaşı onlara yüksək səviyyəli servis xidməti göstərib, həmçinin orijinal və zəmanətli ehtiyat hissələri ilə təchizatını da həyata keçirib. Mövcud olduğu illər ərzində çox böyük təcrübə qazanan, müştəri yönümlü siyasəti ilə seçilən "Hyundai Azərbaycan" şirkəti hər zaman avtomobil sahəsində etdiyi yeniliklərlə daim müştərilərinin diqqət mərkəzində qalmağı bacarır. Müştərilərin tələblərinə cavab verən keyfiyyətli avtomobillər və münasib satış şərtləri, beynəlxalq standartlara uyğun salon və diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində xidmət göstərən peşəkar heyətin formalaşdırılması üçün müntəzəm təlimlərin keçirilməsi, mütəmadi həyata keçirilən satış və servis kampaniyaları, müxtəlif aksiyalar və s. bu kimi fəaliyyətlərin sonunda şirkəti əldə olunması düşündürən tək bir hədəf varsa, o da məhz müştəri məmnuniyyətidir.